Bir çox insanlar sintetik yağların
mineral yağlardan daha yaxşı işlədiyini bilirlər, lakin hamı bunun niyə belə
olduğunu izah edə bilmir. Sintetik motor yağları ilə mineral yağlar arasındakı
əsas fərq nədir? Sintetik motor yağları ilə mineral yağlar demək olar ki, hər şeydə bir-birlərindən
fərqlidirlər.
Mineral yağlar neftin rafinə və distilə edilmə yolu ilə istehsal olunur.
Mineral yağların iki növü var – naftenli və parafinli. Onların tərkibində çoxlu
əlavələr mövcuddur və sürtkü xüsusiyyətlərini tez itirir. Bu yağlar quruluşu ilə və tərkibində olan hidrokarbonlarla fərqlənir
. Xüsusilə əlverişli – parafinli təməl
yağlarıdır, onların temperatur və qatılıq göstəriciləri daha yaxşıdır. Mineral yağın xarakteristikasının
yaxşılaşdırılmasının bir üsulu da hidrokerkinqdir, bu halda atomların
qruplaşması yolu ilə hidrokarbonların “düzəlməsi”
baş verir ki, bu da izomerlərin alınmasına gətirib çıxarır. Bu üsulun
çatışmayan cəhəti odur ki izomerləşmə əks istiqamətdə də gedir, buna görə də
hidrokerkingli yağ xüsusiyyətlərinə görə sintetik yağlara yaxın olur, lakin öz
kimyəvi xüsusiyyətlərini itirərək daha tez köhnəlir.
Sintetik yağlar müəyyən kimyəvi birləşmələr yolu ilə istehsal olunur,
beləliklə bu məhsula arzuolunan istismar xüsusiyyətləri verilir, daha dəqiq desək maksimal kimyəvi və termik
stabillik.
«Sintetik» mineral»a nisbətən bir çox üstünlükləri mövcuddur:
Yüksək axıcılıq xüsusiyyəti sürtünməni azaldmağa kömək edir ki, bu da yanacaq sərfiyyatını azaldaraq mühərrikin gücünün müəyyən qədər artmasına
gətirir.
Aşağı temperaturlu pompalama mühərrikin
bayırda olan soyuq havaya baxmayaraq yüklənməsiz işləməsini təmin edir.
Sintetik yağın buxarlanma temperaturu yüksəkdir, bu o deməkdir ki, o
qızınmaya qarşı elə də həssas deyil.
Yağın kimyəvi stabilliyi demək olar ki, bütün istismar müddətində qorunub
saxlanılır , çünki mühərrikin iş prosesi dövründə turşulaşma və parafinləşmə az
baş verir.
Bu iki tip mühərrik yağı arasında uzlaşma nöqtəsi yarımsintetik məhsuldur. Qismən sintetik yağ
keyfiyyətli mineral (neft əsaslı) və sintetik təməl tərkinlərin qarışdırılması
ilə əldə edilir. Nəticədə tam sintetik yağdan ucuz lakin mineral yağlardan daha
yaxşı istismar xüsusiyyətləri olan yağ əldə edilir. Yarımsintetik yağ həmçinin
bütün növ müasir mühərriklərdə istifadə edilə bilər.