“Azəralüminium” MMC Azərbaycan Respublikasının əlvan metallurgiya sənayesinin aparıcı şirkəti olaraq, gil-torpaqdan (aluminium oksidi), ilkin alüminium və aluminium yarımfabrikat (alüminium külçə, tökmə rulonları, soyuq yayma rulonları, lövhələri və zolaqları, həmçinin boyanmış rolunlar, pəncərə içlikləri) məhsullarının istehsalını həyata keçirir. “Azəralüminium” MMC-nin əsas istehsalan sahəsi - “Gəncə Alüminium Kompleksi” Gəncə şəhərində yerləşir. Kompleksin tərkibinə 4 zavod (Elektroliz Zavodu, Anod Prosesləri Zavodu, Metal Tökmə və Fasiləsiz Yayma Zavodu, Təzyiqlə Emal və Boyama Zavodu), 2 köməkçi sahə (110 kvt-luq və Silisium Düzləndirici Yarımstansiya, Mexaniki Təmir Stansiyası) və ictimai obyektlər daxildir. Alüminium Kompleksi müasir, avtomatlaşdırılmış, texnologiyalar istifadə etməklə ildə 54 000 ton ilkin alüminium istehsal edir.
“Azəralüminium” MMC tərəfindən qabaqcıl texnologiyalar əsasında istehsal olunan məhsullar dünya standartlarının bütün tələblərinə cavab verir.