Baku Steel Company

Sayta keçid
Baku Steel Company

     Əsası Ulu öndər Heydər Əliyev tərəfindən 2001-ci ildə qoyulan Baku Steel Company(BSC) yarandığı gündən, yeniliyi, keyfiyyəti əsas tutaraq istehsalatını daim artıraraq Dünya bazarında rəqabətini qoruyur. Daim  öz fəaliyyət dairəsini genişləndirən şirkət hal-hazırda iki ədəd Elektrik qövs sobası, üç yayma xəttinə sahib olmaqla polad istehsalına görə  illik istehsal gücünü 1000000 tona (bir milyon tona) çatdırmışdır.

       2010-cu ildən etibarən tam şəkildə rekonstruksiya olunan BSC istehsal gücünü artırmaqla yanaşı, istehsal çeşidlərini artıraraq armatur, kvadrat pəstah, dairəvi pəstah, şveller, katanka(məftil), künclük, ikitavr, kvadrat və dəmir çubuq, habelə çeşidli fiqurlu tökmələr istehsal edir.

       İstehsalatı maksimum şəkildə avtomatlaşdıran Şirkət bununla həm insan faktorundan yarana biləcək qəzaların qarşısını alır, həm istehsalatı sürətləndirir, həm də ki tam keyfiyyətli məhsulların yaranmasını təmin edir. Həmçinin Şirkət Rəhbərliyinin ətraf mühitə verdiyi dəyərin nəticəsidirki, Qaz-Toz Tutucu Qurğu yenilənərək istehsalat prosesində yaranan toz və çirkli hava tam avtomatlaşdırılmış şəkildə təmizlənir. Bununla da ətraf-mühitin çirklənməsinin qarşısı tam alınır.