Mr.Fix

Sayta keçid
Mr.Fix

Kartaş MMC 2000-ci ildə Azərbaycanda yaradılıb və Mr. Fix brendi ilə tikinti kimyəviləri istehsalına başlayıb. Ölkəmizin bu sektorunda fəaliyyət göstərən ən qabaqcıl şirkətlərdən biri olan “Kartaş” MMC mövcud məhsulların təkmilləşdirilməsini və məhsul çeşidinin artırılmasını daim diqqətdə saxlayır.

Müəssisə müxtəlif təyinatlı kafel və keramika yapışdırıcıları, dərz doldurucuları, hidroizolyasiya məhsulları, hazır suvaqlar, təmir məhlulları, üzlük və döşəmə materialları, beton qatqıları, sement üyüdmə qatqıları, termo izolyasiya materialları istehsal edir.

Məhsullar ən son texnoloji avadanlıqlarla tam avtomatlaşdırılmış şəraitdə hazırlanır. Şirkət tikilən hər bir binanın insanların rahatlığı və təhlükəsizliyi üçün əhəmiyyət kəsb etdiyini bilərək daima keyfiyyət meyarını önə çəkir. İstehsal olunan məhsullar müntəzəm olaraq Mr. Fix keyfiyyətə nəzarət laboratoriyalarında yoxlanılır və tədqiq olunur. Şirkət ISO 9001 Keyfiyyət İdarəetmə Sistemi və yerli standartlarla fəaliyyət göstərir. Bütün məhsullar Avropa standartlarının tələb və kriteryalarını nəzərə alaraq istehsal olunur.

Mr. Fix mütəmadi olaraq işçi heyətinin bilik və bacarıqlarının təkmilləşdirilməsinə yönəlik fəaliyyət göstərilir. Etibarlı məhsulları ilə hər bir müştərinin tələbinə cavab verən məhsul və xidmətlərlə müştəri məmnuniyyəti qorunub saxlanır. Gələcək nəsillərin daha ekoloji təmiz məkanlarda yaşamaları üçün çalışılır.