Amma ən əsası “Газпромнефть-СМ” istehlakçıya daha yaxın və rahat olmuşdur. Bugün onlar bazara yüksək keyfiyyətli təklif verməyə qadirdir. Bu təklifə yüksək texnologiyaya və böyük tələbata malik olan məhsullar, effektiv irəliləmə proqramları və rahat servis daxildir. Elə kompaniyanın strategiyası da məhz bundan ibarətdir. Məhsulun yüksək keyfiyyət və servisinin əsasında “Газпромнефть-CM” MMC-nin uğurlu kommersiya fəaliyyəti durur. Bu fəalliyyət istehsal və texnologiyaların inkişafı üçün daima sərmayə ayırmağa, avtomobil və sənaye avadanlığı istehsalçıları ilə müştərək layihələri maliyyələşdirməyə imkan verir.