G-ENERGY

Sayta keçid
G-ENERGY

G-Energy Avropa, Amerika və Yaponiya istehsalı olan ən müasir minik avtomobilləri üçün nəzərdə tutulmuş yeni mühərrik yağlarıdır. G-Energy yağları  Gazpromneft Lubricants Italia S.p.A. kompaniyası tərəfindən Bari şəhərində (İtaliya) istehsal olunur.  Baridəki zavod ildə 30000 ton yüksək texnologiyalı yağ və 6000 ton plastik sürtkü məhsulu istehsal etməyə qadir olan müasir, yüksək texnologiyalı kompleksdən ibarətdir.

Az tonnajlı yüksək dəqiqliyə malik olan qatqılar sürtkü məhsulları bazarının bütün sektorları üçün 100-dən artıq adda müxtəlif məhsul buraxmağa imkan verir. Zavod yağlar və sürtkü məhsullarının istehsalı, qablaşdırılması, qorunması və satılması sahəsində beynəlxalq ISO keyfiyyət sistemi üzrə sertifikat (ISO 9001 və ISO 14001 tələblərinə cavab verir) alıb.

G-Energy brendi yeni  G-Family ailəsinin bir hissəsini təşkil edir. G-Family özündə minik avtomobilləri üçün mühərrik yağlarından əlavə, kommersiya nəqliyyatı üçün G-Profi mühərrik yağlarını, minik avtomobilləri və kommersiya nəqliyyatı üçün transmissiya yağları olan   G-Box və G-Truck markalarını, kiçik mühərriklər üçün G-Motion, G-Wave yağlarını, habelə bir sıra ixtisaslaşmış məhsullarını birləşdirir.

Məşhur italyan dizayner atelyesi Italdesign-Giugiaro tərəfindən işlənmiş G-Energy üslubu liderlik, güc, yüksək nailiyyətlər, dinamika və sürətin simvoludur. Bütün bunlar kanistrin unikal, nəfis dizaynında, etiketlərin qrafikası və brendin digər vizual elementlərində öz əksini tapmışdır.