Kroon-Oil yüngül avtomobillər və yük maşınları, habelə sənaye, dənizçilik və kənd təsərrüfatı avadanlığı üçün sürtkü məhsulları təmin edir.
Kroon-Oil məhsulları avtomobil istehsalçılarının beynəlxalq tələblərinə, habelə ordunun və hökumətin tələbatlarına uyğun gəlir. Keyfiyyət və servis məsələləri Kroon-Oil kompaniyasının prioritetləridir. Kompaniyanın laboratoriyalarında mütəxəssislər bazar dəyişikliklərinə reaksiya verməyi asanlaşdıran yeni imkanları araşdırmaq üçün müasir texnologiyalarından istifadə edir. Bu araşdırmalar və məhsulun keyfiyyətinə daimi nəzarət Kroon-Oil məhsullarının keyfiyyətinə olan zəmanətinizdir.
1906-cı ildə yarandığı gündən etibarən Kroon-Oil kompaniyası sürtkü materialları bazarında liderə çevrilib. Hazırda Kroon-Oil məhsulları bütün dünyada satılır. Kompaniya müstəqil istehsalçı və mütəxəssis qismində bazarın dəyişikliklərinə, müştərilən spesifik tələblərinə tez reaksiya verməyə qadirdir.
«Kroon-Oil» TM məhsulları aşağıdakı keyfiyyətlərə malikdir:
- Minimal sürmə məsafəsi 10 000 km.
- Olduqca yüksək və sabit qatılıq indeksi.
- Sürətli boş start.
- Ən yüksək temperaturlarda belə qoruyucu sürtkü plyonkası.
- Çox yaxşı yuyucu və dispersiyaedici xassələr;
- Sulfatlaşmış külün aşağı göstəricisi;
- Porşen halqalarının və silindr gilzalarının dağılmasının qarşısını almağa imkan verən güclü qorucu xassələr;
- Bütün növ mühərriklər üçün yanacaq istehlakının azalması